Anti-bəşəri mahiyyəti ilə tanınan qanlı Səddam Hüseyn rejimi dövründə minlərlə İraq türkmanını repressiyalara məruz qoyub, yüzlərlə türkmanı edam edib.
16 yanvar 1980-ci il tarixində İraqda fəaliyyət göstərən Türkman Qardaşlıq Ocağı Başqanı Albay Abdullah Abdurrahman, onun milli mübarizə yoldaşları dosent Dr. Necdət Koçak, Dr. Rza Dəmirçi, iş adamı Adil Şərif və digərləri İraq rejimi tərəfindən Türk olduqları üçün edam ediliblər.
O gündən etibarən bu tarix hüzn dolu duyğularla qeyd olunur.
Azərbaycan Yüksəliş Partiyası İraq türkmənlərinin haqlı mübarizəsinə öz dəstəyini bildirir, onların haqları və hüquqları uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini sayğıyla yad edir.