İYİ Partiya millət vəkili Yavuz Ağıralioğlu Ankarada səfərdə olan Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva ilə görüşüb.
Türkiyə Böyük Millət Məclisində yemək süfrəsi arxasında bir araya gələn millət vəkili və partiya təmsilçiləri səmimi söhbət ediblər, AY Partiya və İYİ Partiyanın əməkdaşlığından, həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışıblar.