44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Kəlbəcərin hərbi əməliyyat keçirmədən və heç bir itki vermədən azad edilməsindən 1 il ötür.
Ordumuzun parlaq qələbəsi Ermənistan ordusunu Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsini boşaltmağa məcbur etmiş, bununla da Kəlbəcərin 27 illik işğalına son qoyulmuşdu.
Kəlbəcərin azad edilməsinə səbəb olan Vətən müharibəsini qalibiyyətlə başa vurmuş Azərbaycan Ordusuna eşq olsun! Vətən torpağının bir qarış belə torpağının azad edilməsi uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə cansağlığı diləyirik. Var olsun Azərbaycan əsgəri!
Azərbaycan Yüksəliş Partiyası Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə xalqımızı təbrik edir, hazırda ordumuzun nəzarətində olmayan digər ərazilərimizdə də ən yaxın vaxtlarda dövlətimizin hərbi, siyasi, diplomatik gücü ilə bayrağımızın dalğalandıracağına inamını ifadə edir.