Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_ad5de7fd7ccbe86315d1499cedbe5b9f, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
“Kanal13” televiziyasının rəhbəri Əziz Orucova
Sizi, rəhbəri olduğunuz “Kanal13" televiziyasının fəaliyyətə başlamasının 14-cü ildönümü münasibətilə təbrik edir, uğurlar diləyirəm.
Azərbaycan mediasında özünəməxsus yeri və çəkisi olan “Kanal13" yarandığı ilk gündən cəmiyyətdəki problemləri obyektiv şəkildə işıqlandırmağı, tərəfsizliyini, müstəqilliyini qorumağı bacarıb. Buna görə qısa müddətdə geniş izləyici auditoriyasına malik olub. Bu gün ölkənin ən çox izlənilən internet televiziyaları arasında ilk sıralarda yer alıb. İnanıram ki, müstəqilliyinizi hər zaman qoruyacaq, cəmiyyətin problemlərinə obyektiv şəkildə güzgü tutmağa davam edəcəksiniz.
Sizi və kanalın kollektivini bir daha təbrik edir, “Kanal13”ün ən qısa zamanda dünyanın baxımlı televiziyalarından biri olmasını arzu edirəm.
Dərin hörmətlə, Anar Əsədli Azərbaycan Yüksəliş Partiyasının Başqanı