Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_0ccfc21549f79bcff7865014da490226, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Keçmiş olsun, qardaş Türkiyə!
Son üç gündə qardaş Türkiyənin 21 şəhərində baş verən meşə yanğınlarının qarşısını indiyədək tam almaq mümkün olmayıb. Ölkənin 21 şəhərinin 71 məntəqəsində baş verən yanğınlar insan tələfatına və və böyük zərərə səbəb olub. İndiyədək yanğınlarda 3 nəfər həlak olub, 140 nəfər xəsarət alıb. Bundan başqa, çoxlu sayda heyvan tələf olub, minlərlə yaşayış evi, obyekt, otel yararsız hala düşüb. Hadisələrin eyni vaxtda bir çox yaşayış məntəqəsində, xüsusilə turistik ərazilərdə baş verməsi yanğınların qəsdən törədildiyini söyləməyə əsas verir. Azərbaycan Yüksəliş Partiyasının rəhbərliyi və üzvləri Türkiyədən gələn bu xəbərlərdən kədərləndiyini bildirir, hadisə zamanı həlak olanların ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, evlərini, iş yerlərini itirən, zərər görən qardaşlarımıza “keçmiş olsun!” deyir. AY Partiya olaraq, inanırıq ki, ən yaxın zamanda yanğının qarşısı tam alınacaq, hadisənin səbəbləri və günahkarları müəyyənləşəcək, suçlular cəzalandırılacaq, hadisənin fəsadlar aradan qaldırılacaq.