Rusiyanın Krım tatarlarına qarşı siyasətinə “Dur!” deyilməlidir
Rusiya Federal Təhlükəsizlik xidməti əməkdaşları tərəfindən Krm Tatar Xalqı Məclisi sədrinin müavini Nəriman Cəlalın evinə basqın edilməsi və onun saxlanılaraq, naməlum istiqamətə aparılması qanunsuzluqdur.
Nəriman Cəlaldan başqa daha 3 tatar siyasi fəal da eyni aqibəti yaşayıb.
Rusiya neçə illərdir, Krım Tatar xalqına qarşı yeritdiyi imperialist siyasətini davam etdirir. Bunun nəticəsidir ki, tatar siyasilərə qarşı həbs dalğası davam edir, hazırda həbsdə olanların sayı 40 nəfərə çatır. Hesab edirik ki, bütün dünyanın gözü qarşısında Rusiyanın Krım tatarları qarşı yeritdiyi bu qanunsuz siyasətə “Dur!” deməyin vaxtıdır.
Azərbaycan Yüksəliş Partiyasi siyasi fəalların azadlığa buraxılmasını tələb edir. Həbs olunanlar azad edilməli, onların siyasi fəaliyyətinə qoyulan qadağalar aradan qaldırılmalıdır.
Rusiyanın siyasəti həmişə olduğu kimi, azadllqsevər bir xalqın ruhunu əzməyə, onun gözünü qorxudub, öz istəyinə tabe etdirməyə yönəlib. Ancaq ədalətsiz, heç bir hüquq və qanun tanımayan bu mənfur siyasətin tarixdən də bəlli olduğu kimi, sonu yoxdur, heç bir zaman da olmayacaq.
Bəhrəm İsmayılov
Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini – İcra Aparatının rəhbəri