44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Laçının hərbi əməliyyat keçirmədən və heç bir itki vermədən azad edilməsindən 1 il ötür.
1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal etmişdi. Ordumuzun parlaq qələbəsi isə Ermənistan ordusunu Laçını boşaltmağa məcbur etmiş, 28 illik işğala son qoyulmuşdu.
Laçının azad edilməsinə səbəb olan Vətən müharibəsini qalibiyyətlə başa vurmuş Azərbaycan Ordusuna eşq olsun! Vətən torpağının bir qarış belə torpağının azad edilməsi uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə cansağlığı diləyirik.
Var olsun Azərbaycan əsgəri!
Azərbaycan Yüksəliş Partiyası Laçının işğaldan azad olunması münasibəti ilə xalqımızı təbrik edir, hazırda ordumuzun nəzarətində olmayan digər ərazilərimizdə də ən yaxın vaxtlarda dövlətimizin hərbi, siyasi, diplomatik gücü ilə bayrağımızın dalğalandıracağına inamını ifadə edir.