Lent.az saytının yaranmasından 13 il keçir. Sayt 2008-ci il iyunun 25-də fəaliyyətə başlayıb.
Yarandığı ilk gündən Azərbaycan mediasında yeknəsəqlikdən, təkrarçılıqdan uzaq, özünəməxsus dəsti-xətti, orijinallığı ilə seçilən Lent.az qısa müddətdə geniş oxucu kütləsi toplaya və bu auditoriyanı indiyədək qoruya bilib.
Azərbaycan Yüksəliş Partiyası fəaliyyətə başlamasının 13-cü ildönümü ilə əlaqədar Lent.az saytının yaradıcılarını, rəhbərliyini və kollektivini təbrik edir, daha böyük uğurlar diləyir, uzunömürlü olmasını arzulayır.