Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin təzyiqlərə məruz qalması barədə açıqlamasına münasibət bildirib.
AY Partiya Başqanı rəsmi qurumlara bununla bağlı çağırış edib: "Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bu gün keçirilmiş məhkəmə iclasında saxlanıldığı cəzaçəkmə müəssisəsində təzyiqlərə məruz qaldığını bildirib. Bu açıqlama tərəfimizdən narahatlıqla qarşılanıb və hesab edirik ki, müvafiq qurumlar bu məsələni diqqətlə araşdırıb ictimaiyyətə informasiya verməlidir.
Partiya sədrinə qarşı olan bütün təzyiqlərə etirazımızı bildirir, Əli Əliyevin bir an öncə azad olunmasını tələb edirik".