Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_dec31dbb66682eace5d74bc4400c61cc, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Əli Şamilin doğum günüdür!
Azərbaycan Milli Azadlıq Hərəkatı çoxlarının düşündüyü kimi yalnız meydan hərəkatı və mitinqlərlə qalib gəlmədi.
Eynən Cümhuriyyət qurularkən düşüncə, fikir, qələm adamları hansı nəhəng rolu oynamışdılarsa, əsrin sonundakı azadlıq hərəkatında da aydınlarımızın rolu danılmazdır.
Bu korifey aydınları düşünürkən ilk ağla gələnlərdən biri canlı əfsanəmiz ƏLİ ŞAMİLDİR.
Dünyanın hər yerində yaşayan türklərin az qala öz həmkəndliləri qədər yaxından tanıyan bu işıqlı və istiqlalçı Azərbaycan Türkü hər birimizin ürəyində abidəsini çoxdan qurub.
Həyatını bütövlükdə Türk dünyasına adayan, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda indiyədək çalışan böyük Əli müəllim!
AY Partiya Sizi doğum gününüz münasibəti ilə təbrik edir, Sizə cansağlığı, uzun ömür, fəaliyyətinizdə yeni uğurlar arzulayır.