Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, milli istiqlal hərəkatının fəal üzvü, ictimai xadim, jurnalist Məhəmməd Əli Rəsulzadənin anım günüdür.
Məhəmməd Əli Rəsulzadə 7 aprel 1882-ci il tarixində anadan olub, ilk təhsilini din xadimi olan atasından alıb. Daha sonra maarifçi Sultanməcid Qənizadənin təşəbbüs və rəhbərliyi ilə açılan 2-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib.
O, siyasi fəaliyyətinə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə 1902-ci ildə yaranmış "Müasir gənclik təşkilatı"nda başlayıb. Məhz dövrün sosial-demokrat təşkilatının da əsası elə bu təşkilatla qoyulub.
Məhəmməd Əli bəy "Hümmət"təşkilatına ilk daxil olanlardan idi. Hümmətin "Təkamül" və "Yoldaş" qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxışlar edib.
Məhəmməd Əli Rəsulzadə 1911-ci ildə gizli təşkil olunan Müsəlman Demokrat Müsavat Partiyasının əsas orqanı olan "Açıq söz" qəzetinin naşiri və redaktoru kimi də fəaliyyət göstərib.
O, 1918-ci ildə Azərbaycan Parlamentinə üzv seçilib, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumət mətbəəsinin müdiri təyin olunub.
AXC-nin qurulmasında xüsusi xidmətləri olan Məhəmməd Əli Rəsulzadə cümhuriyyətin süqutundan sonra mühacir həyatı yaşayıb, ömrünün son illərini İstanbulda keçirərək, 3 fevral 1982-ci il tarixində vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası görkəmli ictimai-xadim, fədakar ziyalı Məhəmməd Əli Rəsulzadənin əziz xatirəsini hörmətlə yad edir.