Azərbaycan Yüksəliş Partiyasının təsis etdiyi “Məhəmməd Əmin Rəsulzadə” Beynəlxalq Mükafatına layiq görülmüş Turan sevdalısı, dövlət xadimi, keçmiş nazir və millət vəkili Sadi Somuncuoğlunun ödülü oğlu Bəkir Tümən Somuncuoğluna təqdim olunub.
Mərkəzi Ankarada yerləşən Milli Düşüncə Mərkəzində mükafatın təqdimetmə mərasimi keçirilib. Tədbirə qatılan AY Partiya Başqanı Anar Əsədli çıxışnda Sadi Somuncuoğlunun Türk Dünyasının fəxri olduğunu bildirərək, onun türk millətinin inkişafı, birlik və bütünlüyü yönündə əvəzedilməz xidmətləri olduğunu vurğulayıb.
Mərasimdə Türk Dünyasında tanınan, dəyərli elm adamları, professorlar Fikrət Ərən, Əhməd Bican Ercilasun, Milli Düşüncə Mərkəzinin Başqanı Hakan Paksal, Sadi Somuncuoğlunun övladları Bəkir Tümən Somuncuoğlu və Toğrul Somuncuoğlu iştirak ediblər.
Tədbirin sonunda mükafat Somuncuoğlu ailəsinə təqdim olunub.