Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_0ccfc21549f79bcff7865014da490226, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Məhəmmədhüseyn Şəhriyar-115
20-ci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Məmmədhüseyn Şəhriyarın anadan olmasından 115 il ötür. Şəhriyar 1906-cı il iyul ayının 31-də Təbriz yaxınlığındakı Bağmeşə bölgəsində dövrün tanınmış hüquqşünaslarından olan Hacı Mirağa Xoşginabinin ailəsində doğulub. Uşaqlığı Heydərbaba dağının ətəyində - Xoşginabda nənəsinin yanında keçib. Təbriz Universitetində ali təhsil alıb. İranın müxtəlif şəhərlərində yaşamaq məcburiyyətində qalıb. Bədii yaradıcılığa uşaq yaşlarından başlayıb. Gənc yaşlarından şair kimi tanınan Şəhriyar klassik şeirin bütün şəkillərində əsərlər yaradıb. Farsdilli poeziyanın inkişafında müstəsna xidmətlər göstərən şair ən parlaq əsərlərini doğma Azərbaycan türkcəsində yaradıb. Ana dilinin bütün şəhdi-şirəsini, gözəlliyini, saflığını ən yüksək ustalıqla üzə çıxarıb, oxucuya təqdim edən Şəhriyar Vətən mövzusunda qələmə aldığı ölməz şeirlərilə böyük şöhrət qazanaraq, adını Azərbaycan poeziyasının klassikləri ilə bir cərgəyə qaldırıb. Onun "Heydərbabaya salam", "Yalan dünya", "Azərbaycan" və başqa əsərləri onilliklər boyudur ki, dillərdə dolaşır. Şəhriyar həmişə həsrətində olduğu Bakını görməyi çox arzulasa da, bu arzusuna yetişməyib. Bir neçə dəfə Bakıya gəlməyə hazırlaşıb, amma səfərin qarşısı alınıb. Şəhriyar Azərbaycanın Şimalında yaşayan ustad şairlərlə, o cümlədən Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Rahimlə məktublaşıb. Onların bir-birinə yazdığı şeirlər bir vaxtlar Arazın hər iki tayında geniş yayılmışdı. Böyük şair 1988-ci ilin 18 sentyabrında 82 yaşında vəfat edib. Məzarı Təbrizdəki Şairlər Məqbərəsindədir. Azərbaycan Yüksəliş Partiyası böyük şair Məhəmmədhüseyn Şəhriyarı ehtiramla yad edir, xatirəsini daim əziz tutur.