Çox dəyərli Qulu Məhərrəmli!
Sizi, doğum gününüz münasibəti ilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Müstəqil Azərbaycan mətbuatının tanınan, sevilən simalarından biri kimi çox dəyərlisiniz. Jurnalist olaraq, ərsəyə gətirdiyiniz, möhür vurduğunuz televiziya proqramları, ortaya qoyduğunuz analitik yazılar, araşdırmalar hər zaman diqqət və maraqla izlənilib. Pedaqoq kimi fəaliyyətiniz boyunca onlarla jurnalist, qələm sahibi yetişdirmisiniz.
Yüksək insani xüsusiyyətlərə malik olduğunuzdan bulunduğunuz hər yerdə sevgi və sayğı qazanmısınız.
Siz, həm də dost deyə biləcəyim az sayda insanlardan birisiniz.
Sizi bir daha təbrik edir, hər zaman gümrah, pozitiv olmağınızı arzulayıram.
Hörmət və ehtiramla, Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı