Azərbaycan Yüksəliş Partiyasının qurucu üzvlərindən biri, başqan müavini olmuş Azər Əsgərovun doğum günüdür.
1975-ci il martın 25-də dünayaya gələn Azər bəy gənc yaşlarında Milli Azadlıq Hərəkatına qoşulub, Türkiyəyə təhsil almağa göndərilən ilk tələbələrdən biri olub, hər zaman intellekti, analitik düşüncə tərzi ilə seçilib.
Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb, iş həyatı ilə yanaşı, siyasi-ictimai sahədə də aktiv olub, ölkəmizdə demokratik mühitin formalaşması yönündə çabalar göstərib.
Azər Əsgərov qurulduğu ilk günlərdən AY Partiyanın Təşəbbüs Qrupunun sıralarına qoşulub, Partiyanın fomalaşmasında böyük əmək sərf edib. AY Partiya başqanının Hökumətlə əlaqələr və protokol işləri üzrə müavini təyin edilib.
AY Partiya ilə bağlı böyük hədəfləri olan əqidədaşımızın ömrü bu arzuları yerinə yetirməyə imkan verməyib. O, 2021-ci il yanvarın 31-də 46 yaşında həyatla vidalaşıb.
AY Partiya partiyadaşımızı böyük sayğı və sevgi ilə yad edir.
Allah rəhmət eləsin!