Milli Azadlıq Hərəkatının öncüllərindən olan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev vəfat edib.
Azərbaycanın müstəqillik mücadiləsində, torpaqlarımızın müdafiəsində böyük əməyi olmuş Maşallah Abdullayev “istiqlalçı" millət vəkili, Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi əvəzsiz xidmətlər göstərib, ömrünün sonunadək inandığı yoldan dönməyib.
Mübariz insan Maşallah Abdullayevin vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, yaxınlarına, mücadilə yoldaşlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.