Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür.
P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub.
Türkiyə Quru Qoşunları, Bakı Ali Ümumqoşun Komandirlər məktəblərini bitirib. Xidmət etdiyi müddətdə hər zaman əsgərlərin sevgisini qazanan, hörmətlə xatırlanan Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb.
Aprel döyüşləri zamanı Talış yüksəkliklərində düşməndən azad edilən 7 postdan birinə Polad Həşimovun adı verilib. Həmin postu general azad edib.
Döyüşdən sonra ona general rütbəsi verilib.
Polad Həşimov qələbə ilə nəticələnən Vətən Müharibəsinin başlanğıcı hesab edilən Tovuz döyüşlərində aktiv iştirak edib. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. General iyulun 15-də II Fəxri Xiyabanda dəfn edilib.
Həşimov Polad İsrayıl oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalıdır.
Azərbaycan Yüksəliş Partiyası şəhid generalı sayğıyla anır.
Allah rəhmət eləsin!