Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_5f4766e351afebe15553c09cd3dc5ad5, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
"Molla Nəsrəddin" 108 yaşında
1906-cı i il aprel ayının 7-də Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilən "Molla Nəsrəddin"in jurnalının birinci sayı
Tiflisdə işıq üzü görüb.
Yaradıcısı və redaktoru dahi Cəlil Məmmədquluzadə olan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
"Molla Nəsrəddin" Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamları bir araya gətirə bilib.
Azərbaycanın tarixində özünəməxsus yeri olan jurnalın ilk sayının üz qapağında yuxuya getmiş bir dəstə müsəlman şəkli təsvir olunub. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır. Bununla da jurnalı məqsədi özünü büruzə verir.
Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrdə də geniş yayılıb.
Azərbaycan Yüksəliş Partiyası xalqın maariflənməsində, cəhalətdən oyanmasında, savadlanmasında zəhməti olan "Molla Nəsrəddin"i böyük ehtiramla yad edir.