31 avqust Qırğızıstanın milli bayramı - Qırğızıstanın dövlət müstəqilliyi barədə Bəyənnamənin qəbul olunduğu gündür.
1991-ci ilin avqust ayının bu günündə ölkə parlamentinin fövqəladə sessiyasında qəbul olunan bu tarixi sənəd ilə Qırğızıstan SSRİ-dən ayrıldığını bəyan etdi. Və öz tarixinin yeni, parlaq bir mərhələsinə qədəm qoydu. Türk dünyasının ayrılmaz parçası olan Qırğızıstan dünya mədəniyyətinə töhfələr vermiş bir toplumdur. Ümumtürk ailəsinin önəmli dövlətlərindən sayılan Qırğızıstan Orta Asiya regionunda da ciddi söz sahibi olan mühüm ölkələrdən biridir.
Müstəqillik əldə edəndən bəri Qırğızıstan müəyyən uğurlar qazanıb. Bunlar içində artıq neçə illərdir, demokratik sistemin bərqərar olmasından ötrü qırğız xalqının apardığı ardıcıl mübarizədir.
Azərbaycan Yüksəliş Partiyası Dövlət müstəqilliyinin 30 illiyi münasibətilə Qırğızıstan dövlətini və xalqını təbrik edir, demokratik cəmiyyət quruculuğu yolunda uğurlar arzulayır.