Azərbaycan-türk tarix səhifəsinin qüdrətli hökmdarı, sərkərdə Nadir şah Əfşarın ölümündən 275 il keçir.
Əsrlər boyu hökmdarların sözləri, göstərişləri, fərmanları, qılıncları ilə yazdıqları tarix hər hansı bir xalqın həyatını, taleyini dəyişib. Azərbaycan orta əsrlər tarixinin yeni mərhələyə keçid dönəmi Nadir şahın hökmdar səlnaməsi ilə xalqın yaddaşına yazılıb. Yaşadığı ömrün böyük bir hissəsini Azərbaycan-türk torpaqlarının sərhədlərini genişləndirməyə, gücləndirməyə həsr edən Nadir şah Əfşar dövrünün ən qüvvətli, geniş siyasi, diplomatik biliyə malik, mükəmməl qoşun idarəçisi, milli-türk kimlik düşüncəsi ilə qürurlanan, ölkənin hüdudlarını genişləndirən, xalqımız üçün şanlı tarix yazan əzəmətli bir xaqandır.
Azərbaycan Yüksəliş Partiyası böyük xidmətləri ilə anılan, Azərbaycan dövlətçilik tarixinin görkəmli isimlərindən olan Nadir şah Əfşarı sayğı ilə yad edir.