Bu gün Azərbaycan mediasında özünəməxsus yeri olan PRIME TV-nin 1 yaşı tamam olur.
Fəaliyyətə başladığı ilk gündən Azərbaycan və dünyada baş verən hadisələri, ölkənin sosial-iqtisadi və digər sahələrdəki problemlərini çəkinmədən işıqlandıran, onları gündəmdə saxlamağı bacaran PRIME TV bu səbəbdəndir ki, qısa müddətdə xeyli izləyici auditoriyasına sahib olmağı bacarıb. Cəmi bir il kimi qısa vaxtda onminlərlə izləyici toplaya bilib.
Üç dildə proqramlar hazırlayan kanal həm ölkə daxilindən, həm ölkə xaricindən izlənilməkdədir.
Azərbaycan Yüksəliş Partiyası fəaliyyətə başlamasının 1-ci ildönümü ilə münasibətilə başda kanalın yaradıcısı Aygün Muradxanlı olmaqla, bütün PRIME TV ailəsini təbrik edir, daha böyük uğurlar diləyir, davamlı və uzunömürlü olmasını arzulayır.