"Ermənistan və Azərbaycan arasında tarixdə ilk müharibə 66 günlük savaşdır. Bu savaş Ermənistanın 10 minlik ordu ilə hücumu əsasında 1920-ci ildə baş verib. Bu, Ermənistan və Azərbaycan arasında ilk müharibə idi".
Bu sözləri professor Nəsib Nəsibli AY Partiyanın təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar keçirilən "Hürriyyət havasını tənəffüs edək" adlı bayram tədbirində səsləndirib.
Professor qeyd edib ki, bu faktı inkar etmək olmaz və Ermənistan ilə Azərbaycan arasındakı müharibənin tarixini 1988-ci ildən götürmək böyük yanlışdır: "Biz münaqişənin tarixini 1988-ci ildən götürdüyümüz üçün Vladimir Putin deyir ki, Qarabağ müharibəsi Sumqayıt hadisələrinə görə baş verib. Ona görə də tarixi faktlara toxunmaq lazımdır. 102 il öncə, 19 fevral 1920-ci ildə Qarabağ istiqamətində Ermənistan ordusu hücüm edib və 66 günlük müharibədən sonra məğlub olaraq geri çəkiliblər".