Bu gün görkəmli bəstəkar, pedaqoq, akademik Qara Qarayevin doğum günüdür.
Q.Qarayev 5 fevral 1918-ci il tarixində anadan olub. O, 1946-cı ildə Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin sinfini bitirib, bununla yanaşı, Azərbaycan xalqının musiqi yaradıcılığına da dərindən yiyələnib.
ll Dünya Müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq, Bakıya qayıdan bəstəkar, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər olaraq çalışıb.
Müharibədən sonra təhsilini davam etdirir, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi fəaliyyət göstərir.
1949-cu ildə isə Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin edilir.
Bəstəkarın ən məşhur əsərləri sırasında "İldırımlı yollarla" və "Yeddi gözəl" baletləri xüsusi yer tutur.
Eyni zamanda, bir çox sevilən kinofilm və tamaşaların musiqi müəllifidir.
Görkəmli bəstəkar 13 may 1982-ci il tarixində dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası böyük bəstəkar Qara Qarayevin xatirəsini dərin hörmətlə yad edir.