Azərbaycanın 90-cı illərdəki siyasi elitasını daşıyan “Mİ-8” hərbi vertolyotunun erməni terrorçuları tərəfindən vurulmasından 30 il ötür.
Hərbi vertolyot 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Bu terror aktı nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub.
Azərbaycan Yüksəliş Partiyası terror aktı nəticəsində həlak olanları sayğı ilə yad edir, harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq, terroru lənətləyir, ermənilərin bizə qarşı törətdiyi bütün terror aktlarının sifarişçilərinin və icraçılarının, soydaşlarımızın qanında əli olan bütün cinayətkarların aşkarlanıb, cəzalandırılacağına ümid edir.
Allah rəhmət eləsin!