Azərbaycan mediasında xüsusi yeri və geniş oxucu auditoriyası olan Qaynarinfo.az portalının təsis olunmasından 15 il ötür.
2007-ci il aprelin 25-də fəaliyyətə başlayan portal elə ilk günlərdən yaydığı özəl xəbərlər, təhlil və araşdırma yazıları, müsahibələri ilə tanınmağa başlayıb, qısa zamanda Azərbaycanda əsas informasiya mənbələrindən birinə çevrilməyi bacarıb.
Öz fəaliyyətində obyektivlik və operativlik prinsiplərini əsas götürən Qaynarinfo.az bu gün ölkənin ən böyük internet medialarından biri sayılır.
Azərbaycan Yüksəliş Partiyası təsisçi Zahir Əzəmət başda olmaqla, portalın bütün kollektivini təbrik edir, uğurlar diləyir.