Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_250552d4c270393af11cce81da813730, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevə
Cənab Prezident! Qardaş ölkə Qazaxıstanın Respublika günü ilə əlaqədar Sizi və Qazaxıstan xalqını təbrik edirəm. Ölkənizin əbədi və möhkəm dövlətçilik, Türk Dünyası Birliyinin qurulması, güclənməsi yolunda atdığı uğurlu addımlar bizi ürəkdən sevindirir. Azərbaycan və Qazaxıstan xalqlarını birləşdirən etnik, dil, din, mədəni faktorlarla yanaşı, əsrlərdir, Rusiyadan asılılıq kimi acı reallıq, son 30 ildə müstəqil və möhkəm dövlət qurmaq uğrunda apardığımız mücadilə yolumuz da eynidir. Bu çətin yolda Qazaxıstan xalqının əldə etdiyi nailiyyətlər bizi məmnun edir. Regionda söz sahibi olan bir ölkə kimi Qazaxıstanın dövlətlərimiz arasında, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində, əbədi dostluq və qardaşlığa əminliyi bizə gələcək siyasi, hərbi, mədəni sahələr üzrə əməkdaşlığımızın daha dərin qatlarda möhkəmlənəcəyinə sarsılmaz inam yaradır. Sizi və Qazaxıstan xalqını bir daha təbrik edir, dövlətlərimizin müstəqilliyinin əbədi olmasını diləyirəm.
Hörmət və ehtiramla, Anar Əsədli Azərbaycan Yüksəliş Partiyasının Başqanı 25 oktyabr 2022-ci il Bakı şəhəri