Bu gün Qazaxıstan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30 illiyidir.
Mərkəzi Asiyanın və ümumilikdə Türk dünyasının ərazi baxımından ən böyük dövlətlərindən olan Qazaxıstan önəmli strateji və coğrafi mövqeyə malikdir. Qədim və şanlı keçmişə sahib olan Qazaxıstan bu gün də bütün Asiya regionunda ən nüfuzlu ölkələrdən biri hesab edilir. Türk dövlətlərinin birlik formulunda da bu ölkə əsas söz sahiblərindən biridir.
Azərbaycan Yüksəliş Partiyası Qazaxıstanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə qardaş qazax xalqını təbrik edir, Azərbaycan və Qazaxıstan respublikalarının bütün sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsi yönündə səylərin artırılacağına ümid edir.