Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_1c1466f74ad7407941373fba003a3a5e, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Qiymət artıımı ənənə halını alıb...
Qiymət artıımı ənənə halını alıb Azərbaycanda növbəti bahalaşma baş verdi. Bu dəfə Aİ - 98 və Aİ - 95 markalı benzinin qiyməti birdən-birə 15 qəpik qalxdı. Qiymət artımı ölkəmizdə artıq "ənənə halını alıb. Aylardır, marketlərdə ayrı-ayrı ərzaqların qiymətinin qalxır. Bu proses hiss edilmədən, yavaş-yavaş həyata keçirilir ki, insanlar çox qıcıqlanmasın. Amma az qala hər gün aparılan qiymət artımı onsuz da maddi vəziyyəti çətin olan insanların durumunu daha da ağırlaşdırdırırdı. Ərzaq və digər məhsulların qiymətlərinin artırılması üstüörtülü aparıldığından, kütləvi və açıq bahalaşmanın baş verdiyi rəsmi şəkildə bəyan edilmirdi. Tarif Şurası enerji daşıyıcılarının bir hissəsinin qiymətini qaldırıb. Aydındır ki, bütün bahalaşmalar adətən, məhz benzinin qiymətinin artmasından sonra baş verir. Və bu qiymət artımı zəncirvari xarakter daşıyıb, hər şeyin bahalaşmasına səbəb olur. Həmişə olduğu kimi, budəfəki artım da cəmiyyətin əksər təbəqələrinin mənafeyinə istər birbaşa, istər də dolayısı ilə təsirsiz ötüşməyəcək. Bahalaşmanın elə ilk günündən buna qarşı etiraz səsləri qalxdı. Əhalinin böyük əksəriyyəti bu bahalaşmadan sonra qiymətlərin qalxacağından narahatdır. Bu isə səbəbsiz deyil. Necə deyərlər, "göz gördüyündən qorxar". Sadə vətəndaşlar üçün ağır güzəran vəd edən bu cür tendensiyanın baş verməsini mənasızcasına şərh edən Eldar Quliyev kimi deputatın "15 qəpiklə heç kimi kasıblamaz,"- fikri göstərir ki, gələcəkdə hamımızı yeni bahalaşma gözləyir. Bunu proqnozlaşdırmaq o qədər də çətin deyil. Əlbəttə, cəmiyyət olaraq bu cür süni bahalaşmaya etiraz edilməlidir. Adətən guya "qəfil" baş verən qiymət artımları əsasən sadə insanların həyatına daha çox təsir edir. Hər dəfə təkrarlanan bahalaşmalar nəticəsində insanlar çörəklə daha çox imtahana çəkilir və onların içində baş verənlərə qarşı daha çox qəzəb toplanır. Bu isə nəticəsiz qalmır və bədəli ağır olur. Qiymət artımına həmişə böyük həvəslə "yaşıl işıq yandıran" hakimiyyət təmsilçiləri öz gələcək aqibətlərini də düşünməli və xalqın heysiyyatı ilə oynamamalıdırlar. Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Gülşən Hacıyeva