2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsində bir sıra rayonlarımız kimi Zəngilan da 27 ildən sonra erməni işğalından azad olunub.
1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal olunan Qubadlı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar nəticəsində ötən il oktyabrın 25-də azadlığına qovuşdu.
Ondan əvvəl isə Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, yüzlərlə kənd və qəsəbə azad edilmişdi.
Azərbaycan Yüksəliş Partiyası bu tarixi gün münasibətilə bütün xalqımızı təbrik edir, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, qazilərimizə can sağlığı diləyir, Ordumuza daim qələbə arzulayır və əminliyini bildirir ki, Azərbaycanın bütün torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil.
Yaşasın, Azərbaycan Ordusu!