Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_f41c1dea38c71e46213e747d637bf0d3, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Qurban bayramı təbriki
İslam aləmi müqəddəs bayramlarından birini – Qurban bayramını qeyd edir.
Qurban bayramı insanları humanizmə, mərhəmətə, bərabərliyə, paylaşmağa dəvət edir. Digər dini bayramlar kimi, Qurban bayramının da əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan ölkəmizdə böyük əhəmiyyətə malikdir.
Bu il uzun illərdən sonra ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş bölgələrində də qurbanlar kəsilib, paylanacaq.
Bu müqəddəs gündə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən şəhidlərimizi bir daha ehtiramla yad edir, yaralılarımıza şəfalar diləyir, hərbçilərimizə san sağlığı arzulayırıq.
Azərbaycan Yüksəliş Partiyası Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, kəsilən qurbanların qəbul olunmasını diləyir.