Bu gün "Qarabağ" futbol klubunun baş məşqçisi, keçmiş futbolçu, Milli Komandanın üzvü olmuş Qurban Qurbanovun 50 yaşı tamam olur.
"Qarabağ" futbol klubunun son on ildə ölkə hüdudlarını aşaraq, dünya miqyasında özündən söz etdirməsi, Qarabağ adının xarici şərhçilərin dilində məhz Azərbaycanla bağlı səsləndirilməsi, ümumilikdə Azərbaycan futboluna xidmətlərindən dolayı Qurban Qurbanovun əməyi, xidmətləri danılmazdır. Azərbaycanı xaricdə bir də həm də "Qarabağ" futbol klubuna görə tanıyırlar desək, yalan olmaz.
Azərbaycan Yüksəliş Partiyası ölkə futbolunun ən uğurlu simalarından biri, bir çox ilkə imza atan mütəxəssisi təbrik edir, cansağlığı, karyerasında daha böyük uğurlar diləyir.