Rəşad Babayev AY Partiya Başqanının maüvini təyin edildi
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Başqanı Anar Əsədli Rəşad Telman oğlu Babayevin AY Partiya Başqanının nın İqtisadi məsələlər üzrə müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Rəşad Telman oğlu Babayev Azərbaycan Yüksəliş Partiyasının Başqanının İqtisadi məsələlər üzrə müavini təyin edilsin.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bakı şəhəri
28 oktyabr 2021-ci il”.
Rəşad Babayev 1983-cü ildə Bakıda anadan olub. Orta və ali təhsilini Bakıda alıb. 2000-ci ildə daxil olduğu Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra, 2004-cü ildə hərbi xidmətə yollanıb.
2006-cı ildən “Azəralüminium” ASC-də satınalma mütəxəssisi və anbar xidməti rəisi vəzifələrində çalışıb, 2009-cu ildə zavod fəaliyyətini dayandırdıqdan sonra logistika, beynəlxalq yükdaşımalar işi ilə məşğul olmağa başlayıb. İranın “Parva Tarabar2 İnternational Transport Company LTD firmasının Bakı nümayəndəliyində direktor müavini olub. 2011-ci ildə Azərturk Global Logistics MMC adında şəxsi logistima şirkətini təsis etmişəm və fəaliyyətimi təsisçi və direktor kimi orada davam etdirmişəm. 2016-cı ildə rebrendinq edərək şirkətin adını dəyişdirmişik, etmişik "Rimex Logistics and Trade" MMC və fəliyyətimiz bu şirkətlə bu gün də davam edir.
İctimai-siyasi həyata 1999-cu ildə "Azadlıq" qəzetində başlayıb. 5 il qəzetdə müxtəlif sahələr üzrə müxbir işləyib. Dövrü mətbuatda ölkə siyasətində baş verən hadisələri işıqlandıran reportajlar, yazılarla çıxış edib. Müxtəlif siyasi protestolar məqsədilə keçirilən mitinqlərdə, aksiyalarda fəal şəkildə iştirak edib, dəfələrlə saxlanılıb.
Baxmayaraq ki, 2011-ci ildən sahibkarlıq fəaliyyəti göstərir, daim ölkənin ictimai-siyasi həyatında fəal, həssas olub.