Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_e2c57837ce86fc5e92ff26ffe15ab303, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Ramazan ayı ölkəmizə xeyirli gəlsin
Nəfsin və əxlaqın tərbiyəsi ayı olan Ramazan ayı bütün mənfiliklərdən azad olmaq üçün Ulu Yaradanın insanlığa bəxş etdiyi bir nemətdir. Xalqımız budəfəki Ramazan ayına torpaqlarını işğaldan azad etmiş şəkildə daxil olur. Bu zəfəri bizə yaşadan şəhidlərimiz və qazilərimiz üçün nə qədər dua etsək, azdır. Ona görə də hər dəfə oruc niyyəti tutanda canını və sağlamlığını fəda edən qəhrəmanlarımızı unutmayaq. İftar süfrələrində şəhidlərimizin və qazilərimizin ailə üzvlərini başda əyləşdirək, onlar üçün dualar edək.
AY Partiya rəhbərliyi və üzvləri Ramazan ayının başlaması münasibəti ilə mömin vətəndaşlarımızı təbrik edir, oruc tutub ruh tərbiyəsi keçən hər bir yurddaşımıza sağlamlıq və güc arzulayır.
Ramazan ayı ölkəmizə xeyirli gəlsin, millətimizə düşərli olsun!