İraqda türklərə qarşı həyata keçirilən daha bir qətliam - Ərbil soyqırımından 26 il ötür.
1996-cı il avqustun 31-də Səddam Hüseynin tabeliyindəki ordu birləşmələri Bərzaninin rəhbərliyindəki silahlı qruplarla birlikdə Ərbil şəhərinə hücum edərək, türklərin evlərinə basqın edib.
Onlarla günahsız, mülki Ərbil türkü evlərindən zorla çıxarılaraq, naməlum istiqamətə aparılıb. Türklərin evləri qarət olunub, yandırılıb, etiraz edənlərin bir qismi elə oradaca qətlə yetirilib.
Səddam və Bərzaninin silahlı birləşmələri şəhərdə dövlət qurumlarına, siyasi partiya binalarına, müxtəlif təşkilatların ofislərinə də hücum edib, qadın, uşaq, yaşlı fərqi qoymadan çox sayda mülki şəxsi öldürüb.
İraqın müxtəlif bölgələrində türklərin siyasi, mədəni, sosial mövcudluğuna son qoyulması məqsədi ilə törədilən bu bəşəri cinayət zamanı 48 Ərbil türkü məhkəmə hökmü olmadan edam edilib.
Azərbaycan Yüksəliş Partiyası Ərbil soyqırımının qurbanlarını ehtiramla yad edir, şəhidlərimizə Allahdan rəhmət diləyir, Türk Dünyası Birliyini Ərbil türklərinin hüquqlarının müdafiəsinə çağırır.