Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_91c21f6b059411243a1b4d7981116e0e, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Reaksiya TV 3 yaşında
Bu gün Azərbaycanın internet televiziyası məkanında öz yeri və çəkisi olan Reaksiya TV-nin fəaliyyətə başlamasından 3 il ötür.
Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, Reaksiya TV kifayət qədər tanınmağı, geniş izləyici auditoriyasına sahib olmağı bacarıb.
Tam tərəfsiz, müstəqil, Azərbaycanda hadisələrə milli reaksiya verən internet televiziyası olmağı özünə hədəf seçən Reaksiya TV məqsədinə çatmaq üçün əmin addımlarla irəliləyir. Elə bu səbəbdəndir ki, 3 il ərzində ölkədə ən çox izlənən kanallardan birinə çevrilib.
Azərbaycan Yüksəliş Partiyası fəaliyyətə başlamasının üçüncü ildönümü münasibətilə Reaksiya TV-nin təsisçisi Zaur Qəriboğlu və kanalın kollektivini təbrik edir, daha daha geniş auditoriyaya sahib olmasını, söz azadlığının bərqərar olması istiqamətində gördüyü işlərdə uğurlar diləyir.