Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimiz II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli, Başqanın 1-ci müavini Bəhrəm İsmayılov, müavinlər Ehtiram İlham və Rəşad Bakuvi dövlətimizin qorunması üçün bu ağır peşəni seçən və vəzifə borcunu yerinə yetirərkən şəhid olan hərbçilərimizin dəfn mərasimində iştirak ediblər.
Azərbaycan xalqının başı sağ olsun!