Bu gün tanınmış ictimai xadim, Azərbaycan Yüksəliş Partiyası Baş Məclisinin sədri Şəmsəddin Rəhimlinin doğum günüdür.
Şəmsəddin bəy 1958-ci il dekabrın 1-də Gədəbəydə dünyaya göz açıb. BDU-da ali təhsil alıb. Azərbaycan MEA-nın Fizika İnstitutunda gənc alım kimi çalışıb. Ötən əsrin 80-ci illərində geniş vüsət tapan Milli Azadlıq hərəkatının aparıcı simalarından biri olub. AXC MNTK-na sədrlik edib.
O vaxtkə Maddi Ehtiyatlar Komitəsinin sabiq sədri olan Ş. Rəhimli uzun illərdir, ölkədə demokratik dəyərlərin bərqərar olması, milli hissin yaşaması üçün çaba verən dəyərli ziyalılarımızdan biri kimi həmişə ön sıralarda olub. O, bu gün də Azərbaycanda yeni siyasi münasibətlər sisteminin formalaşması uğrunda mübarizəyə öncüllük edən AY Partiyasının rəhbərlərindən biri kimi bizimlə çiyin-çiyinə bir yerdə addımlayır.
Azərbaycan Yüksəliş Partiyası adından əziz silahdaşımız Şəmsəddin Rəhimlinin doğum gününü təbrik edir, fəaliyyətində uğurlar və sağlıqlı ömür arzulayırıq.