Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_9a4299d1a2015923d3e71bfa0aeaf1d4, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
“Şərq
Sizi, rəhbəri olduğunuz “Şərq" qəzetinin fəaliyyətə başlamasının 26-cı ildönümü münasibətilə təbrik edirəm. Müstəqillik dövründə ölkə mətbuatının ən populyar və ciddi nəşrlərindən biri olan "Şərq" qəzeti müasir Azərbaycan oxucusunun zövqünün formalaşmasında, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin xalqa çatdırılmasında tarixi missiyasını şərəflə yerinə yetirməyi bacarıb. Yarandığı gündən Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutan "Şərq" milli mətbuatımızın "Əkinçi"dən gələn tarixi ənənələrini yaşadıb, inkişaf etdirən bir qəzet kimi böyük yol keçib. Bu gün də öz yoluna sadiq qalan qəzet ölkəmizdə qəzetçiliyin əsas qalalarından biri, mətbu sözü qoruyan ciddi media qurumudur. Sizi və "Şərq" qəzetinin dəyərli kollektivini bu gözəl gün münasibətilə təbrik edir, uğurlar arzulayıram.
Hörmətlə, Anar Əsədli Azərbaycan Yüksəliş Partiyasının Başqanı