Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_d44495d51405ffb989601785018fdc4c, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Şair Elnur Astanbəyliyə
Hörmətli Elnur Astanbəyli bəy! Sizi, doğum gününüz münasibəti ilə təbrik edir, cansağlığı, yaradıcılığınızda uğurlar arzulayıram. Azərbaycanın yeni nəsil qələm adamları arasında istedadınız, intellektiniz, dünyagörüşünüz, mövqeyinizlə seçilirsiniz. Bu bacarıqlarınızdan dolayı adınız ölkənin tanınmış şair-yazarları, söz adamları sırasında ilk yerlərdə çəkilir. Cəsarətli mövqeyiniz, cəmiyyətin problemlərinə yanaşma yöntəminiz, sözü duymaq istedadınıza görə ölkənin sevilən, oxunan şairlərindən birinə çevrilmisiniz. Cəmiyyətimizin inkişafı, irəli getməsi üçün Sizin kimi söz adamlarına ciddi ehtiyac var. Sizi bir daha təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm.
Dərin hörmətlə, Anar Əsədli Azərbaycan Yüksəliş Partiyasının Başqanı