Azərbaycanın ilk şəhid jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür.
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə anadan olub, jurnalist fəaliyyətinə 1984-cü ildə “Bakı” qəzetində başlayıb. Sonuncu iş yeri “Molodyoj Azerbaydjana” qəzeti olub.
Qarabağ müharibəsi başlayandan sonra tez-tez cəbhə xəttinə səfər edən jurnalist 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilib. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Yüksəliş Partiyası şəhid jurnalisti sayğı ilə yad edir.