Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_e6f0d4a075228368944699ca5282aa45, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Sevilən şair Hüseyn Arifin doğum günüdür
Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, sevilən şair Hüseyn Arifin doğum günüdür.
Hüseyn Arif xalqın bədii-poetik irsinin dərin bilicisi olmaqla yanaşı, əsasən şifahi xalq yaradıcılığından bəhrələnən və şeirlərində əks etdirən ustad sənətkardır. Onun yaradıcılığında Vətən, torpaq, yurd sevgisi, ümumilikdə bəşəri dəyərlər xüsusi yer tutur. Şairin xüsusi yumor qabiliyyəti, həyatda olmadığına baxmayaraq, hələ də H.Arif lətifələrinin dillərdə gəzməsi xalq arasında ona qarşı sevginin, rəğbətin bilavasitə göstəricisidir.
Xalqın dilində yazan, onun mənəviyyatını gözəl üslubla ifadə edən H.Arif poeziyası öz sadəliyi, səmimiyyəti, zənginliyi ilə nəsillərin yaddaşında yaşayacaq.
Azərbaycan Yüksəliş Partiyası ustad şair Hüseyn Arifin əziz xatirəsini dərin hörmətlə yad edir.