Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Başqanı Anar Əsədli Sevinc Rafiq qızı Abdullayevanın (Fədai) AY Partiya Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Sevinc Rafiq qızı Abdullayeva Azərbaycan Yüksəliş Partiyasının Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini təyin edilsin.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bakı şəhəri
28 oktyabr 2021-ci il”.
Sevinc Fədai 1989-cu il 5 aprel tarixində Yevlax şəhərində dünyaya gəlib. Orta məktəbi Yevlax şəhərində oxuyub-bitirdikdən sonra Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinə qəbul olub.
2011-ci ildən bəri media sahəsində çalışır, dövrü mətbuatda məqalələri dərc olunur. O, indiyə qədər Aznews.az, AzVision.az, "Gündəlik Teleqraf”, Xeber365.com, Hit.az kimi media orqanlarında və Azərbaycan Dövlət Tərcümə Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, Milli.az-ın köşə yazarı olub.
Sevinc Fədai daha çox qadın və uşaq problemləri, eləcə də cəmiyyəti düşündürən və narahat edən mövzularda yazdığı köşə yazıları ilə tanınır. O, davamlı olaraq qadın və uşaqların psixoloji, mənəvi, sosial, hüquqi problemlərini gündəmə gətirir. Sözügedən məsələlərlə bağlı daim onlarla ünsiyyətdə olur, görüşlər, maarifləndirici layihələr, seminarlar, tədbirlər həyata keçirir.
Devizi "Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru” olan “Qadın və Uşaq Akademiyası” İctimai Birliyinin rəhbəridir. Birlik rəhbəri olaraq da bir sıra önəmli işlərə imza atıb.