Azərbaycan və Türkiyə arasında 2021-ci il 15 iyunda imzalanan Şuşa Bəyannaməsi artıq hər iki dövlətin parlamentləri tərəfindən ratifikasiya olunub.
- Beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunması üçün siyasi, hüquqi mexanizmlərin müəyyənləşdirilməsi,
- Xarici siyasətdə və beynəlxalq təşkilatlarda öz suverenliyini qorumaq şərti ilə ikitərəfli məsləhətləşmələr, iki dövlət arasında mövcud olan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Surası çərçivəsində birgə fəaliyyət;
- İstənilən xarici təhdidə qarşı Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili və tətbiqi;
- Dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsi;
- Hər iki dövlətin müdafiə sənayesinin birgə inkişafı;
- Kiber təhlükəsizlik sahəsində əməkdaşlıq;
- Müasir ordu quruculuğunda qarşılıqlı yardımlaşma;
- Qarabağın yenidən qurulmasında əməkdaşlıq;
- Ticari-iqtisadi sahədə milli iqtisadiytatın və ixracın şaxələnməsi;
- Nəqliyyat dəhlizlərinin birgə istismarı, nəhəng enerji layihələrinin həyata keçirilməsi və digər məsələləri əhatə edən bir sənədin hər iki tərəfdən ratifikasiyasi kifayət qədər geopolitik əhəmiyyət daşıyır, xüsusilə Qarabağa yerləşdirilən Rüsiya silahlı qüvvələrinin ərazilərimizdən vaxtında, hətta fəaliyyət müddətindən daha tez çıxarılması üçün çox ciddi bir baza və stimuldur.
Azərbaycan dövlətinin dünyada baş verən son geopolitik gəlişmələrdə mövqeyini gücləndirməsi, Brüssel Zirvəsindən sonra istər Avropanın, istərsə də ABŞ-ın nəzərlərini üzərinə çəkməyi bacarması, xüsusilə dünyanın önəmli problemlərindən birinə çevrilən təbii qaz təminatı məsələsində Türkiyə və Orta Asiya cümhuriyyətləri ilə əməkdaşlıq çərçivəsində bu problemə son qoya biləcək gücə malik olması və digər faktorlar dövlətimizin yaxın zamanlarda yuridiksiyasında olmayan bəzi ərazilərdə də idarəçiliyimizin həyata keçəcəyinə heç bir şübhə yeri qoymur.
Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə bütün sahələrdə əlaqələrini daha da artırmalı və dərinləşdirməli, bütün strateji addımlarını Türkiyə ilə birgə atmalıdır.
Məhz, bu siyasət rus güclərinin ərazilərimizi tərk etməsinə, eyni zamanda bölgə dövlətləri ilə yanaşı, sülh şəraitində yaşamasına gətirib çıxaracaq.
Bəhrəm İsmayılov
Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini - İcra Aparatının rəhbəri