Bu gün bir çox insanımızı düşündürən və dindirən olayların yaşanmasına baxmayaraq, biz hələ də Sabir demiş: "Dindirir əsr bizi, dinməyiriz".
Amma dindiyimiz olaylar da var imiş. Nə imiş bu? Tağıyevin heykəlinin yerdən qoyulması...
Və bunu o toplum müzakirəyə çıxarır ki, yoxdan qurduğu dövlətlə, ucaltdığı bayraqla insanlarının könlündə heykəl yapmiş kişinin - Rəsulzadənin heykəlinin bu günə qədər olmamasına görə bu toplum nə təkliflər verib, nə də belə səsli-küylü müzakirə aparıb. Yəni ürəyində daşıdığını, özü özü ilə pıçıltı ilə belə dilə gətirməyib, yazmayıb, ictimailəşdirməyib.
Nə üçün? Çünki biz Tağıyevin heykəlini müzakirə edə bilərik. Çünki o, siyasi deyil. Amma Rəsulzadə siyasətdir və siyasətə də qarışa bilmərik.
Yəni yenə Sabir demiş: "Açılan toplara diksinməyiriz".