Bu gün ölkənin qabaqcıl nəşriyyat evinə çevrilən "TEAS Press" 8 yaşını qeyd edir.
Özünəməxsus dəst-xətti olan "TEAS Press" Nəşriyyat Evi Azərbaycanda kitabçılıq işinə dəstək vermək, xarici dillərdən akademik və müxtəlif nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcüməsi və nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə vermək məqsədilə təsis edilib.
Azərbaycan Yüksəliş Partiyası, yaranandan bəri məhsullarının çap keyfiyyətinə və seçdiyi kitablara görə oxucuların etibarını və rəğbətini qazanan nəşriyyatı təbrik edir, fəaliyyətində yeni uğurlar diləyir.