Çağdaş Azərbaycan mətbuatının tanınmış nümayəndələrindən biri olan Tofiq Türkelin 65 yaşı tamam olur.
Tofiq bəy ötən əsrin 80-ci illərinin sonunda ölkəmizdə vüsət tapan Milli Azadlıq Hərəkatının fəallarından biri olmaqla yanaşı, həm də müstəqil medianın formalaşmasında önəmli xidmətlər göstərib. İlk müstəqil informasiya agentliyi olan TURAN İA-nın yaradıcı heyətinin aparıcı simalarından biri olub.
Tofiq Türkel şərəflə yaşadığı ömrünün hər bir mərhələsində tutduğu yola sadiqliyi ilə seçilib, öz qələminə və jurnalist fəaliyyətinə azacıq belə kölgə salan əməllərdən uzaq durub. Bu kimi hər cür hörmət və sayğıya layiq keyfiyyətləri, həmçinin dərin biliklərə söykənən sufi düşüncələri Tofiq bəyi insanların sevimlisinə çevirib. Ona böyük Türkçü və Turan sevdalı vətənpərvər ziyalı kimi şöhrət qazandırıb.
Azərbaycan Yüksəliş Partiyası görkəmli insan və usta qələm sahibi olan Tofiq Türkeli 65 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularını yetirir, cansağlığı, böyük uğurlar arzulayır.