Türk Dünyasının böyük ozanı, Turan sevdalısı Ozan Arifin (Arif Şirin) vəfatından 3 il ötür.
1949-cu ildə Türkiyənin Samsun vilayətində dünyaya gələn Ozan Arif kiçik yaşlarından şeirə, sənətə maraq göstərib. Azərbaycanda daha çox "Ya Qarabağ, ya ölüm" mahnısı ilə tanınsa da, istər Azərbaycan, istərsə də Türk Dünyasına həsr olunmuş xeyli şeirin müəllifidir.
O, hələ 19 yaşında olarkən, 1968-ci ildə Azərbaycan haqqında bu şeiri yazmışdı:
Madımak toplayıp yesem o anda,
Yola revan olsam, aynı zamanda,
Bir gece misafir Azerbaycanda,
Kalmadan ölürsem, ona yanarım…
1980-ci il hərbi çevirilşdən sonra Türkiyəni tərk edən Ozan Arif 1990-cı ildə vətəninə qayıdıb. Gənc yaşlarından ABŞ və Avropanın onlarla ölkəsində konsert proqramları ilə çıxış edib.
Türkiyədə 2007-ci ildə başladılan "Hepimiz ermeniyiz" kampaniyasının təşkilatçılarına isə bu şeirlə cavab vermişdi:
Kiminiz profesör, kiminiz yazarsınız
Türk ekmeği yersiniz, yedikçe azarsınız
Arkasından her türlü kuyuyu kazarsınız
Yeter artık bırakın bu milletin peşini
Sizin gibi aydının yediden yetmişini...
O, 2019-cu il 13 fevralda vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası Turan aşiqi Ozan Arifi böyük sevgi və sayğı ilə yad edir.