Türkiyə Cümhuriyyətinin quruluşunun 99-cu ildönümü münasibətilə Sizi və qardaş Türkiyə xalqını təbrik edirəm.
Türkiyə Cümhuriyyəti qurulduğu gündən indiyədək Şərqdə demokratik prinsiplərə əsaslanan ölkə kimi dövlət ənənəsini davam etdirməyə nail olub.
Cümhuriyyətin elanı monarxiyanın bitməsinin və çağdaş dövlətin qurulmasının xəbərçisi oldu. Böyük Atatürkün şah əsəri olan Türkiyənin daim var olması, bölgədə və dünyada super gücə çevrilməsi ən böyük arzularımızdandır.
Eyni milli kimliyə sahib Azərbaycan və Türkiyə xalqlarının, dövlətlərinin arasındakı əlaqələrin bütün sahələrdə ən yüksək səviyyədə olması, gündən günə inkişaf etməsi bizi çox sevindirir, qürurlandırır.