Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_5688a1a5174f01d82bae40cae5efb7e9, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Türkiyədə səfərdə olan Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyəti üzvləri Ankarada Milli Düşüncə Mərkəzində olublar
Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı, Gülşən Hacıyeva Mərkəzin Başqanı Hakan Paksoy və Mərkəzin üzvləri ilə keçirilən görüşdə iki ölkə arasındakı əlaqələr, Türk Dünyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Həyatını Türk Dünyası, Turan ideologiyasına həsr etmiş böyük dövlət adamı Sadi Somuncuoğlunun qurduğu mərkəzdə AY Partiya rəhbərliyi yüksək səviyyədə qarşılanıb.
Sonda AY Partiya Başqanının hədiyyəsi Hakan Paksoya təqdim olunub, eyni zamanda Hakan Paksoyun hədiyyəsi qəbul edilib, xatirə şəkilləri çəkdirilib.