Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_7c5597be4a50ba0bbfdecfe914c0950e, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Türkmənistan Respublikasının Prezidenti cənab Sərdar Berdiməhəmmədova
Sizi və Türkmənistan xalqını milli bayramınız olan Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azərbaycan və Türkmənistan Respublikası arasındakı milli-tarixi əlaqələr bu gün də öz gücünü qorumaqdadır. Bu gün də mövcud ictimai-siyasi, iqtisadi, mədəni, ədəbi əlaqələr ortaq türk tarixinə, qardaşlığa əsaslanır. Türk Dünyası Birliyi çərçivəsində hər iki dövlətin münasibətlərinin inkişaf etməsi onların daha da yaxınlaşması və güclənməsi baxımından çox vacibdir. Ümid edirik ki, əlaqələrimiz daha da güclənəcək və hər iki xalqın qardaşlıq əlaqələrini möhkəmləndirəcək.
Bayram münasibətilə Sizi və qardaş Türkmən xalqını bir daha təbrik edir, müstəqilliyinizin daimi olmasını diləyirəm.
Dərin hörmətlə, Anar Əsədli Azərbaycan Yüksəliş Partiyasının Başqanı